Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb

Video

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb
26/09/2018

Sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşüb.

Görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırıb.

Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.