Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşılayıb.
Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olunub.
Sonra birgə foto çəkdirilib.
Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib.