Nəsimi festivalı çərçivəsində şeir məclisi keçirilib
29/09/2018

Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində Bakı Kitab Mərkəzində Xəzər Poeziya Birliyi tərəfindən Nəsimi şeir məclisi təşkil edilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Spasibo” və “Molçaniye” kitablarının təqdimatı olub.

Poeziya məclisində iştirak edən Leyla Əliyeva kitablarından bir neçə şeir oxuyub.

Məclisdə gənc şairlər Nəsiminin təsiri ilə yazdıqları şeirlərini səsləndiriblər.