Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Daşkənddəki “Kamalak” nəşriyyatında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub.
“Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi və “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasımovadır.
Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq özbək oxucularına çatdırılır.