Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 22-də Bakıda Talassemiya Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi öz işinə başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Səhiyyə Nazirliyinin, Heydər Əliyev Fondunun, Talassemiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konqresin açılışında Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq Talassemiya Federasiyasının sədr müavini Maykl Anqastiniotis, Türk Elmlər Akademiyası – TÜBA-nın təmsilçisi Taner Demirer, Türk Hematologiya Dərnəyinin sədri Hayri Özsan və Koç Universiteti Xəstəxanasının professoru Burhan Fərhanoğlu çıxış ediblər.
Konqresin elmi katibi Ramin Bayramlı çıxış edərək tədbir barədə məlumat verib. O, konqresdə 22 ölkədən 939 nəfərin iştirak etdiyini və 146 məruzə təqdim edildiyini bildirib.
Sonra panel iclaslar keçirilib və məruzələr dinlənilib.
Konqres mayın 25-dək bölmə iclasları ilə davam edəcək.