Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar.
Leyla Əliyeva və akademiyanın tələbələri klinikada müalicə alan uşaqlarla görüşərək onlara rəsm çəkməyi öyrədiblər.
Leyla Əliyevanın, Rəssamlıq Akademiyasının tələbələrinin bu təşəbbüsü, uşaqlarla birlikdə rəsm çəkmələri balacalar üçün əsl sürpriz olub. Bu, ağır xəstəlikdən əziyyət çəkən uşaqların əhval-ruhiyyəsini yüksəldib.