Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.
Məlumat verilib ki, hazırda burada 3 yaşadək 16 uşaq var.
Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu uşaq müəssisəsinin fəaliyyətini daim diqqətdə saxlayır, buradakı balacalara xüsusi qayğı ilə yanaşır, mütəmadi olaraq körpələr evini ziyarət edirlər. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atıb. Fondun fəaliyyətində yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yerlərdən birini tutur.