Leyla Əliyeva “Jara-2019” festivalının fəxri qonaqları arasında olub
25/07/2019

İyulun 25-də Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında olub.

Aparıcının “Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:

- Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.

Aparıcı: Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?

Leyla Əliyeva: Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır. Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun “Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir.

Aparıcı: Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?

Leyla Əliyeva: Bizim o qədər mahnılarımız var ki... Bakı məndə musiqi, sevgi və sevinclə assosiasiya yaradır. Əlbəttə ki, Müslüm Maqomayevin “Azərbaycan”ı nömrə birdir. Bəli. Ümidvaram ki, bundan sonra daha çox musiqi olacaq. Çünki bizim xalqımız musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü “yaradan” sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı daha yaxşı edir.

Aparıcı: Zəhmət olmasa deyin, bu gün hamı “Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?

Leyla Əliyeva: Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.

Qırmızı xalıdan Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lorak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları keçiblər.

“Jara-2019”un qırmızı xalı üzərindən keçən digər iştirakçıları da festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər.

Sonra “Jara-2019” festivalı başlayıb.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.