“Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər
26/07/2019

İyulun 26-da “Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Aparıcının “Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz “Jara” festivalına nə arzulayardınız?” sualını Leyla Əliyeva belə cavablandırıb:

- Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram.