“Jara-2019” festivalının sonuncu günündə iştirakçıların qırmızı xalının üzərindən keçidi olub
28/07/2019

“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva “Jara” festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib. “Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər – bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti “Jara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”, - deyə Leyla Əliyeva bildirib.