Birinci vitse-prezident Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Video

Birinci vitse-prezident Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib
26/08/2019

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.

Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olunub.