Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasında “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Fəlsəfə Cəmiyyətinin və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Müasir fəlsəfə, Nəsiminin mədəni-tarixi metodologiyaları və mənəvi irsi”, “Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya”, “Nəsimi yaradıcılığında humanizm problemi”, “Nəsimi poeziyasında insan və mədəni dəyərlərin təsdiqi”, “Nəsimi estetikasında mənəvi kamillik” və digər mövzularda məruzələr dinlənilib.
Konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.
Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak ediblər.