Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib.
Muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.
Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir.
Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.
Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir.