Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
“Eurovision - 2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva çəkilib.
İki dəqiqəlik çarx Rusiyanın “Shandesign” studiyası tərəfindən hazırlanıb.
Ölkəmizi tanıtdıran reklam çarxında təbii sərvətlərimiz nümayiş etdirilir və Azərbaycanın “Odlar Yurdu” adlandırılmasının tarixindən bəhs edilir. Videoçarxda Azərbaycan xalçaları, milli musiqi alətlərimiz, məşhur Qarabağ atları, ölkəmizin qədim memarlıq abidələri və müasir inşaat layihələri nümayiş olunur.