Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.
Görüşdə 44 günlük müharibədəki şanlı Zəfərimiz, Vətən oğullarının qəhrəmanlığından danışılıb, qəhrəmanlar yetişdirən analara minnətdarlıq ifadə olunub.