Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib
20/02/2013

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Lipetsk vilayətindəki bölməsi qurumun sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri keçirib. RAGB-ın nümayəndələri bu dəfə Lipetsk şəhərindəki 2 nömrəli internat-məktəbdə olublar.  

Uşaqlara Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin adından hədiyyələr paylanıb. Sonra uşaqlara oriqami üzrə maraqlı ustad dərsi keçirilib. Xoşbəxtlik, məhəbbət, sağlamlıq və dostluq rəmzi olan kağız durnanın hazırlanması üzrə ustad dərsi böyük müvəffəqiyyətlə keçib.