Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış olub
06/01/2026

Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.

2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.