Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.
Konserti Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva izləyiblər.
Mərkəzin tələbələri müxtəlif vokal ifalar, "Cəngi", "Yallı" və digər rəqs nümunələri ilə çıxış ediblər.
Gənc istedadların təqdim etdiyi bu zəngin proqram uşaqların musiqi və rəqs sənətinə gətirdiyi yeni nəfəsin, bədii yaradıcılığa verdikləri real töhfənin göstəricisidir.