Leyla Əliyeva İvanovo vilayətinə səfər edib
19/10/2007

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Rusiyadakı azərbaycanlı gənclərin lideri Leyla Əliyeva oktyabrın 19-da İvanovo vilayətinə səfər edib. O, vilayətin icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb.

Görüşlərdə gənclər siyasəti, vilayətdə gənc azərbaycanlılar klubunun yaradılması məsələləri müzakirə olunub. Leyla Əliyeva bildirib ki, Rusiyanın digər regionlarında da belə klublar yaradılır və bu, cəmiyyətdə tolerantlığın formalaşmasına, xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasına xidmət edir.

Vilayət hökuməti sədrinin müavini Yuliya Jukovskaya isə mədəniyyət, elm və idman sahələrində daha sıx əməkdaşlığın yerli və azərbaycanlı gənclərin bir-birini daha yaxından tanımalarına kömək edəcəyini söyləyib.