Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş 10 nəfər Moskvaya dəvət olunub.
Fevralın 27-də Azərbaycanın Rusiyadakı səfirliyində gənc rəssamların Moskvada yaşayan Azərbaycan ziyalıları - “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli, Rusiyanın Xalq Rəsamı Əsgər Məmmədov, Moskva Linqvistika Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Bella Musayeva ilə görüşü keçirilib.
Balaca rəssamlar səfirliyə öz rəsmlərini hədiyyə ediblər.