Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.
A.Jilkin Azərbaycan-Həştərxan əlaqələrinin Azərbaycan ilə Rusiya arasında mövcud olan strateji və dostluq münasibətlərinin göstəricisi olduğunu bildirib. O, deyib: “Həştərxandakı Azərbaycan diasporu vilayətin ən böyük və ən fəal diasporlarından biridir. Çox xoşdur ki,azərbaycanlılar bir çox sahələrdə, o cümlədən rəhbər vəzifələrdəfəaliyyət göstərirlər”.
A.Jilkin əməkdaşlığın inkişafı üçün Heydər Əliyev Fondunun xeyli işgördüyünü qeyd edib: “Dövlətlərimizin başçıları arasında dostluq münasibətləri ilə şərtlənən əlaqələrimizin səviyyəsini nümayiş etdirən bir çox layihələr həyata keçirilib”.
Leyla Əliyeva isə bu il Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yaradılmasının beşinci ilinin tamam olduğunu xatırladaraq deyib: “Fondun ilk nümayəndəliklərindən biri Rusiyada açılıb. Ötən dövr ərzində Fond çoxlu layihələr həyata keçirib. Biz şadıq ki, Həştərxanda da Fond xeyli layihəreallaşdırıb. Azərbaycan ilə Rusiya arasında münasibətlər uzun illər dostluq və mehriban qonşuluq əlaqələri əsasında qurulub. Məhz bu layihələr sayəsində dostluq əlaqələri daha da möhkəmlənəcək”.
Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ən fəal qruplarından birinin Həştərxanda olduğunu söyləyib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Fondun Rusiya nümayəndəliyinin ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini həyata keçirməyi planlaşdırdığını bildirib. Həştərxan məktəbliləri arasında təbiətin mühafizəsi mövzusunda inşa müsabiqəsinin təşkili də nəzərdə tutulub.