Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Aprelin 6-7-də Bakıda “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçirilib. Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.
Olimpiadanın keçirilməsində məqsəd ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, onları ekoloji məsələlərin həlli istiqamətində müxtəlif layihələrə cəlb etmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq olub.
“Ətraf mühitin mühafizəsi” Beynəlxalq layihə olimpiadası ilk dəfə 2007-ci ildə 17 ölkədən olan məktəblilərin iştirakı ilə keçirib və sonrakı illərdə ənənə halını alıb. Bu il dünyanın 42 ölkəsindən 400-dək məktəbli olimpiadada iştirak etmək hüququ qazanıb. Xarici ölkələrdən olimpiadaya təqdim edilən 350 layihədən 130-u, Azərbaycandan isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilib. Olimpiadada bu il təmsil olunan ölkələr Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya, Əfqanıstan, Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, İran, Qırğızıstan, Makedoniya, Myanma, Nigeriya, Slovakiya, Tacikistan, Vyetnam, Yəmən, Somali, Anqola, Bolqarıstan, Zambiya, Niger, Şimali Kipr Türk Cümhuriyyəti, Misir, Monqolustan, Mozambik, Çexiya və Belçika olub. Builki olimpiadada Azərbaycan üzrə 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanılıb.
Olimpiada təşkilatçıları və münsiflər heyəti bu il qaliblərin təklifi ilə təsis edilmiş “Ekoloji mühitin qorunmasına görə” Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevaya təqdim ediblər.