Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10/05/2013

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümüdür.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoydular.