ABŞ-ın Vest Virciniya ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilib
04/04/2013

Çərşənbə günü ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilib.  

Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.

Qətnamədə, həmçinin Xocalı faciəsinin beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.

Qeyd edək ki, Vest Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edil
ib.