İyulun 7-də Fransanın Kann şəhərinin La Kruazet bulvarında Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub.
Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
“Natiq” ritm qrupunun üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndiriblər.
Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatıb.
Kannda 4 gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.