IDEA Kampaniyasının iki yaşı tamam olur
13/07/2013

İyulun 12-də IDEA (International Dialogue for Environmental Action) Kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur.

Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq  şəbəkəsi quran bu kampaniya ötən iki il ərzində bir çox uğurlara imza atıb. Kampaniya fəaliyyət göstərdiyi qısa müddətdə 10-a yaxın beynəlxalq, 50-dən çox yerli layihə həyata keçirib.

IDEA Beynəlxalq Kampaniyası hazırda WWF, UNEP, Webistan kimi nüfuzlu qurumlar, ümumilikdə isə iyirmiyə qədər beynəlxalq və 30-a qədər yerli təşkilatlarla əməkdaşlıq edir.

Kampaniyanın əsas fəaliyyət istiqaməti ətraf mühit problemlərinin yerli və beynəlxalq səviyyədə həllinə nail olmaq üçün gənclərin real və virtual şəbəkəsini yaratmaq, onları Yer kürəsinin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlandırmaq və bu sahədə yerli və beynəlxalq layihələr həyata keçirməkdir.

IDEA Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yaradılıb.