Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan gecəsi təşkil edilib. Moskva hökumətinin dəstəyi ilə Rusiya Müftilər Şurası tərəfindən Poklonnaya qoradakı məscidin yanında qurulmuş “Ramazan çadırı”nda Azərbaycanın dini-mədəni abidələrinin fotosərgisi açılıb.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təşkil olunmuş gecənin qonaqlarına “Baku”, “AMOR”, “İRS-Naslediye” jurnalları və Heydər Əliyev Fondunun bir sıra nəşrləri təqdim edilib.
Azərbaycanın Rusiyadakı səfirliyinin və Moskvada akkreditə edilmiş bir sıra başqa diplomatik missiyaların əməkdaşlarının, Azərbaycan icmasının və gənclərin nümayəndələrinin, dindarların, müxtəlif millətlərdən olan qonaqların toplaşdığı tədbirin əvvəlində “İxlas” fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın xeyri barədə danışıb. Sonra qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş “Azərbaycanda tolerantlıq” adlı sənədli filmə tamaşa ediblər.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarx da nümayiş etdirilib. Müqəddəs Qurani-Kərimdən surələrin, iftardan əvvəl vacib olan axşam duasının oxunmasından sonra qonaqlar 600 nəfərlik bayram süfrəsi arxasında oruclarını açıblar.
Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə son beş ildə Azərbaycan Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində fəal iştirak edir.