Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak ediblər.
Yeni bina artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub. Binada 68 mənzil var. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Onlar məişət avadanlıqları, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib. Binanın həyətyanı ərazisi yaşıllaşdırılıb, orada uşaq oyun meydançaları qurulub.
Mehriban Əliyeva yeni mənzil alan iki gəncin ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdi, yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlandı. Birinci xanım bu cür layihələrin icrasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirdi.
Yeni mənzillərin sahibləri diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıq etdilər.