Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Sentyabrın 26-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.
1971-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidən qurulub. Nəticədə burada uşaqlar üçün yüksək şərait yaradılıb.
Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcək. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunub. Bağçanın ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb.
X X X
Daha sonra Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Birinci xanım məktəbəqədər təhsil müəssisəsinin yenidənqurma işlərindən əvvəlki vəziyyətini əks etdirən stendə baxdı.
1967-ci ildə inşa olunmuş bu bağçada da “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidənqurma işləri aparılıb. Bağçada uşaqlar üçün yüksək şərait yaradılıb.
Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verildi ki, burada 2 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 14 peşəkar mütəxəssis məşğul olacaq. Üç korpusdan ibarət 2 mərtəbəli binada 7 qrup fəaliyyət göstərir. Bağçada istilik sistemi tamam yenilənib, ərazi abadlaşdırılıb.