Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə tanış olub
28/09/2013

Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olub.

Leyla Əliyeva xüsusi məktəb üçün tikiləcək yeni korpusun layihəsinə baxdı.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan bu məktəb əsasən aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulub.

Layihəyə əsasən məktəb üçün 420 şagird yerlik 7 mərtəbəli yeni korpus tikiləcək.

Leyla Əliyeva xüsusi məktəbin xarici dil və vətənpərvərlik kabinetlərində oldu, burada təhsil alan uşaqlarla görüşdü.