Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin ali ordeninə layiq görülüb
07/10/2013

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyada nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib.

Leyla Əliyeva mükafata Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, həmçinin Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə layiq görülüb.

Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni Rusiyanın xaç suyuna salınmasının 1000 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 1988-ci ildə təsis edilib. Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır.

Daha əvvəl bu mükafata layiq görülmüş şəxslər arasında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya Vladimirovna Romanova da var.