Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar
19/10/2013

Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi, dövlət başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçdi.

Sonda xatirə şəkli çəkdirildi.