Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Rusiya Federasiyasının bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə görüşüb.
Görüşdə Leyla Əliyeva artıq üçüncü dəfə Bakıda Beynəlxalq Humanitar Forumun keçirildiyini xatırladaraq, Azərbaycan paytaxtının bu tədbirin təşkili üçün ən uyğun məkan olduğunu bildirib. “Azərbaycanda tolerantlıq həyat tərzidir”, - deyən Leyla Əliyeva ölkəmizdə mühüm beynəlxalq tədbirlərin artıq ənənə halı aldığını söyləyib. Leyla Əliyeva Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin böyük tarixə malik olduğunu, Heydər Əliyev Fondunun xaricdəki ilk nümayəndəliyinin məhz Rusiyada açıldığını vurğulayıb.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişafına Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, “Baku” jurnalının, Azərbaycanda isə rus dili və ədəbiyyatına xüsusi diqqət və qayğı göstərilməsinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının töhfə verdiyi qeyd olunub.
Bakının çox gözəl, təmiz, memarlıq cəhətdən maraqlı şəhər olduğunu bildirən rusiyalı qonaqlar Azərbaycanın regionlarına da səfər edəcəklərini bildiriblər.
Görüşdə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib. Rusiyalı media təmsilçiləri Azərbaycanda azad və peşəkar kütləvi informasiya vasitələrinin olduğunu vurğulayıblar.