IDEA Zığ qəsəbəsində ağacəkmə aksiyası həyata keçirib
17/11/2013

IDEA (International Dialogue for Environmental Action) kampaniyası noyabrın 17-də Bakı şəhəri ətrafında - Zığ qəsəbəsində ağacəkmə aksiyası həyata keçirib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılması və inkişafına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, insanlar arasında ekoloji maarifləndirmə işini həyata keçirərək təbiətə qayğıkeş münasibəti aşılamaqdır.

Zığ qəsəbəsində keçirilən aksiyada 150-dən çox könüllü gənc iştirak edib. Ərazidə 2500-dən çox iynəyarpaqlı ağac əkilib.