Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın ali məktəblərində təhsil alan əlaçı azərbaycanlı tələbələr üçün təqaüdlər ayrılıb.
Artıq altı ildir ki, əlaçı azərbaycanlı tələbələr Leyla Əliyeva tərəfindən təsis edilmiş xüsusi “RAGB əlaçısı” təqaüdü alırlar.
Təqaüd alan tələbələrin sayı ilbəil artır. Bu təqaüdü Moskvanın və Rusiya Federasiyası regionlarının ali məktəblərində ikinci, üçüncü, dördüncü və beşinci kurslarda oxuyan tələbələr ala bilər. Bunun üçün tələbənin təhsil aldığı bütün illər ərzində qiymətləri əla olmalıdır.
Bu il RAGB təqaüdü alan tələbələrin sayı 60 nəfərdən çoxdur.