Azərbaycan ilə UNEP arasında əlaqələrin inkişafı müzakirə olunub
16/11/2012

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın təsisçisi Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusiklə görüşüb.

Görüş IDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində baş tutub.

Görüşdə layihənin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə UNEP arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə gələcəkdə də birgə bir çox proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.