Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Fevralın 14-də Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
“Məhəbbət ağacı” layihəsi IDEA, “YARAT” Müasir İncəsənət Məkanı və “Baku” jurnalının birgə layihəsidir.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinovun iştirakçılara layihə haqqında məlumat verməsindən sonra tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.