“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib

Video

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib

“Üns” Yaradıcılıq Səhnəsində tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib
14/02/2014

Fevralın 14-də “Üns” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə tanınmış italyan aktrisası Klaudiya Kardinale ilə görüş keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva görüşdə iştirak ediblər.

Görüş Klaudiya Kardinalenin məşhur filmlərdə yaratdığı rollardan fraqmentlərin nümayişi ilə başladı

Kinorejissor Ayaz Salayevin tamaşaçılara aktrisanın həyat və yaradıcılığı haqda məlumat verməsibdən sonra görüş Klaudia Kardinale ilə müsahibə formasında davam etdi.

Gecədə aktrisanın ən çox sevdiyi mahnılar ifa edildi, aktrisa tamaşaçıları maraqlandıran sualları cavablandırdı.