Faberje yumurtaları “Padlle” onlayn xeyriyyə hərracına çıxarılır
22/04/2014

Məhşur al-əlvan Foberje yumurtaları Nyu-Yorkun Rokfeller Mərkəzində nümyiş etdirlir. Aprelin 25-dək davam edəcək sərginin sonunda Foberje şedevrləri “Paddle-8” onlayn xeyriyyə hərracında satışa çıxarılacaq.

Faberje şirkətinin sponsorluq etdiyi bu tədbir xeyriyyə məqsədi daşıyır. Satışdan əldə ediləcək vəsait uşaq rəssamlıq studiya-məktəblərinin dəstəklənməsi üzrə Nyu-York xeyriyyə təşkilatının (Studio in a School) və kökü kəsilməkdə olan Asiya fillərinin və onların yaşayış məkanlarının qorunub saxlanması ilə məşğul olan Elephant Family təşkilatının hesabına köçürüləcək.