Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevre ilə görüşüb

Video

07/05/2014

Mayın 7-də Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya Marton-Lefevre ilə görüşüb.

Görüşdə Leyla Əliyeva bu Sammitin ətraf mühit və vəhşi təbiətin qorunması istiqamətində Azərbaycanda görülən işlərdən biri olduğunu vurğulayıb, Heydər Əliyev Fondu və IDEA-nın bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Juliya Marton-Lefevre tədbirin mühüm əhəmiyyət daşıdığını söyləyib. Qonaq Bakıda həyata keçirilən böyük layihələrdən məmnunluğunu ifadə edib.

Görüşdə, IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin ətraf mühitlə bağlı təşəbbüsünə qoşulması haqda da müzakirələr aparılıb.