Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün – IDEA-nın təsisçisi Leyla Əliyeva Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisinin regional direktoru Georgi Sanadiradze ilə görüşüb.
IDEA və UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” layihəsi çərçivəsində keçirilən görüşdə ölkəmizdə IDEA təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilib.
IDEA-nın təsisçisi Leyla Əliyeva beynəlxalq kampaniyanın cəmi bir il mövcud olmasına baxmayaraq, ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlər görüldüyünü bildirib, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini qeyd edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.