Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar klassik avtomobillərin yürüşü keçirilib
09/05/2014

Mayın 9-da Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar klassik avtomobillərin yürüşü təşkil olunub.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak ediblər.

Yürüş Bakıda Azərbaycan Avtomobil Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açılacaq sərgi çərçivəsində keçirilib.