Rusiya Yəhudi İcması Federasiyasının prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində olub
13/05/2014

Mayın 13-də Rusiya Yəhudi İcması Federasiyasının prezidenti Aleksandr Boroda Heydər Əliyev Mərkəzində olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəz haqqında məlumat veriblər.

Qonaq Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub, “Azərbaycan inciləri”, “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti”, “Silahların əfsanəsi” sərgilərinə, eləcə də dünya şöhrətli heykəltəraş Toni Kreqqin fərdi sərgisinə baxıb. A.Boroda Mərkəzin Auditorium bölməsindəki konfrans zalı ilə də tanış olub.