Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Moskvada, “Lujniki” idman kompleksinin Kiçik idman arenasında mini-futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda beşinci illik turnir keçirilib. Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.
Bu il beşinci dəfə keçirilən yubiley turnirində 24 komanda, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) yığma komandaları, “Qarabağ” komandası (Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş turnirin qalibi), Ümumrusiya Millətlərarası Gənclər İttifaqının, ÜAK-ın Moskva vilayət bölməsinin, RAGB-nin Kaluqa və Tuladakı regional bölmələrinin komandaları, habelə Moskva ali məktəblərində fəaliyyət göstərən Azərbaycan klublarının 17 komandası iştirak edib.
Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası turnirin qalibi olub. İkinci yeri “Bakı” komandası, üçüncü pilləni isə Azərbaycanın Rusiyadakı səfirliyinin və Moskva Dövlət Hüquq Akademiyasının komandaları tutublar.
“Ən yaxşı qapıçı” nominasiyasında Cavid İbrahimov qalib gəlib. Murad Qarayev “Ən yaxşı hücumçu”, Anar Kərimov isə “Ən yaxşı oyunçu” adına layiq görülüblər.
Matçları izləyənlər arasında Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, habelə Ümumrusiya Azərbaycanlılar Konqresinin təmsilçiləri də olublar.