Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilib.
Tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilib, klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndiriblər.
S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə “Sehirli çiçək” adlı musiqili tamaşa göstəriblər.
Elmi-praktiki mərkəzin direktor müavini professor Timur Şaroyev xəstə uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.