Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü, İ.N.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada qəyyumluğa götürülmüş yetim uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.
Bayram şənliyi Mandelştam adına parkda təşkil olunub.
Şənliyin sonunda bütün uşaqlara hədiyyələr verilib, valideynlərə isə “AMOR” jurnalının nömrələri paylanılıb.