Moskvada fəaliyyət göstərən Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni mənşəli məktəbin binası Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə əsaslı təmir olunub.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi məktəbdə abadlıq işlərini nümayəndəliyin rəhbəri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparıb. Məktəbin idman və rəqs zalı tamamilə yenidən qurulub.
Kərim Kərimov adına 157 nömrəli məktəbdə azərbaycanlı şagirdlərlə yanaşı digər millətlərin nümayəndələri də təhsil alırlar.
Burada ümumi tədris proqramından əlavə şagirdlərə azərbaycan dili, tarixi və ədəbiyyatı da öyrədilir.