Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Məktəbəqədər təhsil müəssisəsi 2 korpusdan ibarətdir. Təmirdən əvvəl burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edilib, əvvəlki korpusda isə əsaslı təmir işləri aparılıb. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırılıb, uşaqların sayı isə 230 nəfər olub. Müəssisədə uşaqların təlim-tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.
Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində olublar, həmçinin milli guşəyə baxıblar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənir. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün “Vətənpərvərlik guşəsi” adlı otaq da var. Bağçada uşaqlar ingilis dili və kompyuter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.
İkinövbəli müəssisədə “planetari” guşəsi də yaradılıb. Burada uşaqlar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman zalı və mətbəx yerləşir. Həyətdə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri var.
Mehriban Əliyevaya binanın ətrafında aparılmış abadlıq-quruculuq işləri haqda da məlumat verilib.