Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.
1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.
Leyla Əliyeva məktəbin yeməkxanasına baş çəkib, süfrə arxasında şagirdlərlə söhbət edib.
Məktəbdə Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alır. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.
Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompyuterlər hədiyyə olunub.
Daha sonra gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olan Leyla Əliyeva burada şagirdlərin ifalarını dinləyib.
Bu musiqi məktəbində 204 şagird təhsil alır.