Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 9-da Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında olub.
50 çarpayılıq bu tibb müəssisəsinə uşaqlar xüsusi göndərişlə gəlirlər. Sanatoriyada stasionar və ambulator müayinədən sonra uşaqlar reablitasiya məqsədi ilə sanator-müalicə prosesi keçirlər.
Leyla Əliyeva uşaqlarla süfrə arxasında söhbət edib.
Hazırda sanatoriyada 2 ay müddətinə 34 uşaq müalicə alır. Onlara 35 nəfərdən ibarət tibbi heyət xidmət edir.
Uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.